Son iki ayda Azərbaycanda 34 nəfəri ilan sancıb

Son iki ayda Azərbaycanda 34 nəfəri ilan sancıb İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf qəsəbələrin payına düşür
Hadisə
9 İyul , 2015 16:10
Son iki ayda Azərbaycanda 34 nəfəri ilan sancıb

Bakı. 9 iyul. REPORT.AZ/ Səhiyyə Nazirliyi may ayından bu günə qədər Azərbaycanda ilan sancması ilə bağlı qeydə alınan faktların statistikasını açıqlayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib.

İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf qəsəbələrin payına düşür.

Həmçinin, qeyd olunan müddətdə əqrəb sancması diaqnozu ilə 4 nəfər xəstəxanalara müraciət edib. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi