Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda SOCAR-a məxsus qaz kəmərinin bir hissəsini kəsərək oğurlayan 4 nəfər saxlanılıb.
“Report” DİN-ə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən “SOCAR” şirkətinə məxsus yeraltı qaz kəmərinin ümumilikdə 1232 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.