SOCAR-a məxsus qaz kəmərini kəsərək oğurlayan 4 nəfər saxlanılıb

SOCAR-a məxsus qaz kəmərini kəsərək oğurlayan 4 nəfər saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
10 Avqust , 2016 11:38
SOCAR-a məxsus qaz kəmərini kəsərək oğurlayan 4 nəfər saxlanılıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda SOCAR-a məxsus qaz kəmərinin bir hissəsini kəsərək oğurlayan 4 nəfər saxlanılıb.

“Report” DİN-ə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən “SOCAR” şirkətinə məxsus yeraltı qaz kəmərinin ümumilikdə 1232 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi