Şirvanda 16 yaşlı qızı elektrik cərəyanı vurub - VİDEO

Şirvanda 16 yaşlı qızı elektrik cərəyanı vurub - VİDEO Digər hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb
Hadisə
1 Avqust , 2016 21:49
Şirvanda 16 yaşlı qızı elektrik cərəyanı vurub - VİDEO

Şirvan. 1 avqust. REPORT.AZ/ Şirvan şəhərinin 16 yaşlı sakinini elektrik cərəyanı vurub.

"Report"un Aran bürosunun məlumatına görə, Şirvan şəhər sakini 2000-ci il təvəllüdlü Mədinə Ağadur qızı Kərimovanı bu gün səhər soyuducunun elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, digər hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Güllü İlqar qızı Baxışovanı həyətlərindəki su nasosunun elektrik cərəyanı vurub.

Faktla bağlı Şirvan və Sabirabad prokurorluqları tərəfindən araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi