Şirkət nazirliyin departamentini məhkəməyə verib

Şirkət nazirliyin departamentini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
19 Sentyabr , 2015 16:35
Şirkət nazirliyin departamentini məhkəməyə verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Stapri-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsini məhkəməyə verib.

“Report”un xəbərinə görə, MMC idarənin qərarının ləğv olunmasını tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Stapri-Azərbaycan" şirkəti Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşir.

Son xəbərlər

Orphus sistemi