​Şirkət direktorunun aldadaraq 25 min manat aldığı şəxslərin adları açıqlanıb - SİYAHI

​Şirkət direktorunun aldadaraq 25 min manat aldığı şəxslərin adları açıqlanıb - SİYAHI Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
23 İyul , 2015 12:28
​Şirkət direktorunun aldadaraq 25 min manat aldığı şəxslərin adları açıqlanıb - SİYAHI

Bakı. 23 iyul. REPORT.AZ/ Bakı polisi vətəndaşların etimadlarını qazanaraq onlardan külli məbləğdə pul alan şirkət direktoru ilə bağlı araşdırmalara başlayıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “İnter Travel” şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi