Şəmkirdə kəsilən ağac avtomobilin üzərinə düşüb, sürücü ölüb

Şəmkirdə kəsilən ağac avtomobilin üzərinə düşüb, sürücü ölüb Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
30 May , 2016 13:37
Şəmkirdə kəsilən ağac avtomobilin üzərinə düşüb, sürücü ölüb

Bakı. 30 may. REPORT.AZ/ Şəmkir rayonunda kəsilən ağac avtomobilin üzərinə düşüb, sürücü ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsib və həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədovu Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tutub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi