Yuxarı

Şəmkirdə kəsilən ağac avtomobilin üzərinə düşüb, sürücü ölüb

Faktla əlaqədar cinayət işi başlanılıb

Bakı. 30 may. REPORT.AZ/ Şəmkir rayonunda kəsilən ağac avtomobilin üzərinə düşüb, sürücü ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsib və həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədovu Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tutub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi