​Şəmkirdə 26 yaşlı gənci ilan sancıb, vəziyyəti ağırdır

​Şəmkirdə 26 yaşlı gənci ilan sancıb, vəziyyəti ağırdır İlan yerli sakini o, həyatyanı sahədə iş gördüyü zaman sancıb
Hadisə
21 İyul , 2016 01:13
​Şəmkirdə 26 yaşlı gənci ilan sancıb, vəziyyəti ağırdır

Şəmkir. 21 iyul. REPORT.AZ/ Şəmkirdə ilan sancması hadisəsi baş verib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, rayonun İrmaclı kənd sakini, 1990-ci il təvəllüdlü Elvin Həsənov ilanvurma diaqnozu ilə xəstəxanaya daxil olub.

Ona dərhal ilan zəhəri əleyhinə zərdab vurulub. Xəstənin vəziyyəti ağırdır. Yaxınlarının bildirdiyinə görə, ilan Elvini o, həyatyanı sahədə iş gördüyü zaman sancıb.

Son xəbərlər

Orphus sistemi