Şəkidə 78 kiloqramdan çox çətənə kolu yandırılıb
Hadisə
- 21 iyun, 2016
- 15:49
Bakı. 21 iyun. REPORT.AZ/ Şəki şəhəri Baş Küngüt kəndi ərazisində 78 kiloqramdan çox çətənə kolu məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində kəndin “Gəngir” adlanan ərazisində 1,5 ha sahədən yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanaraq, yandırılma üsulu ilə məhv edilib. Ümumi sayı 557 ədəd olan kolların hər birinin boyu 60-170 sm, ümumi çəkisi isə 78 kiloqram olub.
Əməliyyat-axtarış tədbirləri “Xaş-xaş 2016” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilib.
Son xəbərlər
13:25
Foto
Türkiyənin tanınmış media influenserləri Azərbaycanın sənaye-investisiya potensialı ilə tanış olub
Biznes13:25
Fransada əlverişsiz hava şəraiti səbəbindən beş nəfər ölüb
Digər ölkələr13:23
"Araz-Naxçıvan" qış fasiləsində ilk transferini reallaşdırıb
Futbol13:19
Ağdam-Xankəndi dəmir yolu xəttində görülən işlər açıqlanıb
İnfrastruktur13:16
"Xankəndi"nin koordinatoru: "Akademiyanı harada qura biləcəyimizlə bağlı araşdırma aparacağam"
Futbol13:12
Foto
Video
Vilayət Eyvazov Qubada vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili siyasət13:11
ADB Azərbaycanda BOEM-in enerji şəbəkələrinə inteqrasiyası üzrə layihəyə start verir
Energetika13:08
Ötən il ekoloji hüquqpozmalarla bağlı 3 milyon manatdan çox cərimə tətbiq edilib
Ekologiya13:05