"Veysəloğlu"nun satış meneceri həbs edilib
Hadisə
- 15 yanvar, 2016
- 07:23
Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, N.Axundov "Veysəloğlu" MMC-də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Son xəbərlər
13:34
Azərbaycan xalça və xalça məmulatları istehsalını 80 % artırıb
Sənaye13:25
İranda "Mossad"a casusluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Digər ölkələr13:17
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
Region13:11
Mayda Türküstanda TDT sammiti keçiriləcək
Region13:01
Coy-Lens Mikels və Umarali Raxmonaliyev milli komandaya dəvət alıblar
Futbol12:56
İtkin düşən 9 nəfər ötən gün tapılıb
Hadisə12:41
Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz kəsilib
Energetika12:36
İraqın Bağdadda kəşfiyyat qərargahına dronlarla hücum edilib
Digər ölkələr12:27