​Samux rayonunda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO

​Samux rayonunda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO Aşan avtomobil kanaldan qaldırıcı kranın köməkliyi ilə çıxarılıb
Hadisə
18 Dekabr , 2014 16:46
​Samux rayonunda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO

Bakı. 18 dekabr. REPORT.AZ/ Samux rayonunda avtomobil kanala aşıb. "Report"un məlumatına görə, hadisə rayonun Qarayeri-Qovlar Sarı avtomobil yolunda baş verib. Samux rayonunda yaşayan Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Səbuhi Akif oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Qəza nəticəsində S.Həsənov hadisə yerində ölüb. Aşan avtomobil kanaldan qaldırıcı kranın köməkliyi ilə çıxarılıb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi