​Şamaxıda qardaş qardaşı qətlə yetirib

​Şamaxıda qardaş qardaşı qətlə yetirib Faktla bağlı araşdırma aparılır
Hadisə
7 İyun , 2016 19:13
​Şamaxıda qardaş qardaşı qətlə yetirib

Şamaxı. 7 iyun. REPORT.AZ/ Şamaxı rayonunda qətl hadisəsi törədilib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çarhan kəndində qeydə alınıb. 

Belə ki, qardaşların mübahisəsi sonradan silahlı münaqişəyə çevrilib. Ağır bədən xəsarəti alan qardaşlardan biri dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Onların şəxsiyyəti hələlik açıqlanmayıb. 

Faktla bağlı Şamaxı Rayon Prokrorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi