Salyanda yolu keçmək istəyən 2 piyadanı avtomobil vurub

Salyanda yolu keçmək istəyən 2 piyadanı avtomobil vurub Hadisə onlar maşından düşərək yolu keçmək istəyərkən baş verib
Hadisə
25 Sentyabr , 2016 09:22
Salyanda yolu keçmək istəyən 2 piyadanı avtomobil vurub

Salyan. 25 sentyabr.REPORT.AZ/ Salyanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, süd zavodunun yaxınlığında qeydə alınıb.

İmişli sakini, 25 yaşlı Rövşən Səfər oğlu İbrahimiv və Masallı rayon sakini, 27 yaşlı Salman Əliağa oğlu Hüseynov avtomobildən düşərək yolu keçmək istəryərkən digər avtomobil onları vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra onlar Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi