​Salyanda minik və yük maşınları qəza törədib, yaralanan var

​Salyanda minik və yük maşınları qəza törədib, yaralanan var Hadisə axşam saatlarında Ələt-Astara magistral yolunda baş verib
Hadisə
20 Yanvar , 2016 20:17
​Salyanda minik və yük maşınları qəza törədib, yaralanan var

Bakı. 20 yanvar. REPORT.AZ/ Salyanda avtomobilin yük maşını ilə toqquşması nəticəsində 1 nəfər yaralanıb.

"Report"un məlumatına görə, hadisə axşam saat 19:20 radələrində Ələt-Astara magistral yolunun rayonun "PMK-9" adlanan yaşayış massivinin ərazisində qeydə alınıb.

Neftçala şəhər, M.Ə.Rəsulzadə küçəsi, 12 ünvanında yaşayan, 29 yaşlı Ülvi Muxtar oğlu Mehnətin idarə etdiyi "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan "Mercedes"in sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi