Yuxarı

​Salyanda minik və yük maşınları qəza törədib, yaralanan var

Hadisə axşam saatlarında Ələt-Astara magistral yolunda baş verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Salyanda avtomobilin yük maşını ilə toqquşması nəticəsində 1 nəfər yaralanıb.

"Report"un məlumatına görə, hadisə axşam saat 19:20 radələrində Ələt-Astara magistral yolunun rayonun "PMK-9" adlanan yaşayış massivinin ərazisində qeydə alınıb.

Neftçala şəhər, M.Ə.Rəsulzadə küçəsi, 12 ünvanında yaşayan, 29 yaşlı Ülvi Muxtar oğlu Mehnətin idarə etdiyi "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan "Mercedes"in sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi