Salyanda 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb

Salyanda 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb Hadisə gecə saatlarında qeydə alınıb
Hadisə
12 İyun , 2016 09:05
Salyanda 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb

Salyan. 12 iyun. REPORT. AZ/ Gecə saatlarında Salyan rayonunun Kürsəngi kəndində azyaşlı usağı ilan sancıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Elgün Nəzər oğlu Atayev evdə yatdığı zaman baş verib.

Bundan xəbər tutan valideynlər azyaşlını təcili Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada uşağa ilan zəhəri əleyhinə zərdab vurulub və digər lazımi tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi