​"Sahil" bağında qətl törətmiş şəxs məhkəmədən vaxt istəyib

​"Sahil" bağında qətl törətmiş şəxs məhkəmədən vaxt istəyib Məhkəmə dekabrın 3-nə təyin edilib
Hadisə
6 Noyabr , 2015 16:08
​Sahil bağında qətl törətmiş şəxs məhkəmədən vaxt istəyib

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə son söz verilib. O, çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

E.Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən E.Çobanova 18 il həbs cəzası verilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi