Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib

Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə iddia qaldırıb
Hadisə
2 Oktyabr , 2015 10:19
Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib

Bakı. 2 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib. “Report”un xəbərinə görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qətnamə qəbul edib.

Azərbaycan Ali Məhkəməsi isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi yenidən apelyyasiya baxışına qaytarıb.

Son xəbərlər

Orphus sistemi