Saday Şəkərlinin məhkəməsində vergilər nazirinin keçmiş müşaviri ifadə verib

Saday Şəkərlinin məhkəməsində vergilər nazirinin keçmiş müşaviri ifadə verib Məhkəmə prosesi aprelin 27-nə təyin edilib
Hadisə
14 Aprel , 2016 14:06
Saday Şəkərlinin məhkəməsində vergilər nazirinin keçmiş müşaviri ifadə verib

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vergilər nazirinin keçmiş müşaviri Asif Cahangirov ifadə verib.

O, ilkin ifadəsini təsdiqləyib.

Məhkəmə prosesi aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi