​Şabranda avtomobil aşıb, sürücü ölüb, üç nəfər xəsarət alıb

​Şabranda avtomobil aşıb, sürücü ölüb, üç nəfər xəsarət alıb Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib
Hadisə
11 İyul , 2016 12:48
​Şabranda avtomobil aşıb, sürücü ölüb, üç nəfər xəsarət alıb

Bakı. 11 iyul. REPORT.AZ/ Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Əmirxanlı kəndində qeydə alınıb.

Belə ki, Şabran rayonunun Ceyranlı kənd sakini Rəhim Yusifov idarə etdiyi “VAZ-21083” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi