Bakı. 11 iyul. REPORT.AZ/ Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Əmirxanlı kəndində qeydə alınıb.
Belə ki, Şabran rayonunun Ceyranlı kənd sakini Rəhim Yusifov idarə etdiyi “VAZ-21083” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.