Sabirabadda 24 yaşlı oğlan güllələnib

Sabirabadda 24 yaşlı oğlan güllələnib Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Yanvar , 2016 18:42
Sabirabadda 24 yaşlı oğlan güllələnib

Bakı. 12 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda güllələnmə hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə rayonun Şıxsalahlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 24 yaşlı Nemət Əbülfəz oğlu Məmmədov ayaq nahiyəsindən güllə yarası alıb. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub.

Hadisənin necə baş verməsi və səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi