Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb O, ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə axtarışda olub
Hadisə
2 Dekabr , 2014 12:18
Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiyda axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Fəxrəddin Köçəriyev tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi