​Rusiyada qətl törədən azərbaycanlı məhkəmə qarşısına çıxacaq

​Rusiyada qətl törədən azərbaycanlı məhkəmə qarşısına çıxacaq O, bir ildən çox müddət ərzində istintaqdan yayınıb
Hadisə
11 İyun , 2015 06:38
​Rusiyada qətl törədən azərbaycanlı məhkəmə qarşısına çıxacaq

Bakı. 11 İyun. REPORT.AZ/ Rusiyanın Rostov vilayətinin Aksay rayonunda yerli sakini qətlə yetirmək və bir ildən artıq müddət ərzində istintaqdan boyun qaçırmaqda ittiham olunan Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi Rostov vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

48 yaşlı azərbaycanlı 2013-cü ilin oktyabrında Aksay şəhərinin meyvə-tərəvəz bazarlarından birinin ərazisində tanışı ilə spirtli içki qəbul edib.

Bazar əməkdaşı içki içənlərə irad tutub, bu onların xoşuna gəlməyib və nəticədə mübahisə düşüb. Sonda münaqişə qətl ilə başa çatıb. Tanışlar bıçaq və balta istifadə etməklə irad tutan şəxsə hücum ediblər. Bazar işçisi aldığı deşilmiş-kəsilmiş yaralar nəticəsində dünyasını dəyişib.

Qatillərdən biri isti izlərlə tutulub. Azərbaycan vətəndaşı isə bir ildən artıq müddət ərzində hüquq-mühafizə orqanlarından qaçıb. Onu 26 mart 2015-ci il tarixində İvanovski vilayətində tutmaq mümkün olub.

Birinci tutulan şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib. İkinci şəxsə qarşı sübut bazası toplanıb və cinayət işi məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi