Rusiyada azərbaycanlı sex rəisi taxtaların altında qalaraq ölüb

Rusiyada azərbaycanlı sex rəisi taxtaların altında qalaraq ölüb Hadisə mebel fabrikində baş verib
Hadisə
31 Avqust , 2016 23:57
Rusiyada azərbaycanlı sex rəisi taxtaların altında qalaraq ölüb

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən mebel fabriklərindən birində azərbaycanlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" "Life.ru"ya istinadən xəbər verir ki, Liflyandski küçəsi, 3-də yerləşən fabrikin rəngsaz saxinin 57 yaşlı rəisi taxtaların altında qalıb.

Azərbaycanlı sex rəisinin meyiti mebel materialları istehsalı üzrə müəssisədə aşkar olunub.

İlkin məlumatlara görə, onun ölümünə döş qəfəsindən aldığı zədə səbəb olub.

Hadisə yerində istintaq işləri aparılır.

Son xəbərlər

Orphus sistemi