Yuxarı

Rusiyada azərbaycanlı sex rəisi taxtaların altında qalaraq ölüb

Hadisə mebel fabrikində baş verib

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən mebel fabriklərindən birində azərbaycanlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" "Life.ru"ya istinadən xəbər verir ki, Liflyandski küçəsi, 3-də yerləşən fabrikin rəngsaz saxinin 57 yaşlı rəisi taxtaların altında qalıb.

Azərbaycanlı sex rəisinin meyiti mebel materialları istehsalı üzrə müəssisədə aşkar olunub.

İlkin məlumatlara görə, onun ölümünə döş qəfəsindən aldığı zədə səbəb olub.

Hadisə yerində istintaq işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi