Bakı. 1 mart. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Sovetski rayonu üzrə İdarəsinin əməkdaşları tərəfindən aparılan operativ-profilaktik tədbirlər çərçivəsində Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü vətəndaşın sənədlərinə baxış zamanı onun miqrasiya qanunvericiliyini pozduğu aşkar edilib.
Həmyerlimiz faktla bağlı inzibati məsuliyyətə cəlb edilib və Sovetski rayon məhkəməsinin qərarı ilə Rusiya ərazisindən çıxarılıb.