​Rusiyada axtarışda olan azərbaycanlı tutulub

​Rusiyada axtarışda olan azərbaycanlı tutulub Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır
Hadisə
5 İyun , 2015 05:19
​Rusiyada axtarışda olan azərbaycanlı tutulub

Bakı. 05 İyun. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Azərbaycandan olan həmkarları ilə qarşılıqlı fəaliyyət şəraitində Yekaterinoslavka yaşayış məntəqəsində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

"Report" DİN-in Amur vilayəti üzrə İdarəsinin saytına istinadən xəbər verir ki, saxlanılan şəxs xeyli miqdarda ziyan vurmaqla fırıldaqçılıq hərəkətlərində ittiham olunur.

Sözügedən vətəndaş hüquq-mühafizə orqanlarından Rusiya Federasiyası ərazisində gizlənib.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan şəxsin yerini müəyyən edərək onu tutublar.

Hazırda vətəndaş müvəqqəti saxlanma təcridxanasındadır. Onun vətəninə ekstradisiyası məsələsinə baxılır.

Son xəbərlər

Orphus sistemi