​Rusiyada 34 yaşlı Azərbaycan vətəndaşı polisə rüşvət verməkdə ittiham olunur

​Rusiyada 34 yaşlı Azərbaycan vətəndaşı polisə rüşvət verməkdə ittiham olunur O, pulu verdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
6 İyul , 2016 05:09
​Rusiyada 34 yaşlı Azərbaycan vətəndaşı polisə rüşvət verməkdə ittiham olunur

Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyanın Kamçatka vilayətində Azərbaycan Respublikası vətəndaşı vəzifəli şəxsə rüşvət vermək ittihamı üzrə məhkəmə qarşısına çıxacaq.

"Report" xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Kamçatka diyarı üzrə İstintaq İdarəsinin Petropavlovsk şöbəsinin müstəntiqləri 34 yaşlı həmyerlimizə qarşı qaldırılan cinayət işinin araşdırmasını başa çatdırıblar.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi üzrə törədilən cinayətdə (rüşvət vermək) ittiham olunur.

İstintaqın məlumatına görə, 2016-cı ilin aprel ayında müttəhim Petropavlovsk-Kamçatski şəhərinin Tuşkanova küçəsində yerləşən polis sahə məntəqəsinin xidməti otağında olub. O, orada Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə İdarəsinin polis sahə müvəkkilinə meyvə-tərəvəz satmaq üçün qanunsuz yerləşdirilmiş ticarət obyektinə görə tanışının inzibati məsuliyyətə cəlb edilməməsinə görə 3 min rubl məbləğində rüşvət verib.

İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi vəzifəsinin icraçısı Denis Voloşenko bildirib ki, o, pulu verdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs günahını etiraf edib və bu hərəkətinə görə peşmançılıq hissi keçirib.

Hazırda cinayət işi ittiham aktının təsdiq edilməsi və sonradan məhkəməyə göndərilməsi üçün prokurorluğa verilib.

Son xəbərlər

Orphus sistemi