Rusiya vətəndaşı Azərbaycanda keçirilən toyda qətl hadisəsi törədərək qaçıb

Rusiya vətəndaşı Azərbaycanda keçirilən toyda qətl hadisəsi törədərək qaçıb Hadisə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində baş verib
Hadisə
21 Oktyabr , 2014 14:24
Rusiya vətəndaşı Azərbaycanda keçirilən toyda qətl hadisəsi törədərək qaçıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycandakı toy məclisində Rusiya Federasiyasının vətəndaşı qətl hadisəsi törədib. “Report”un DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 20-də saat 22 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində baş verib.

Həmin kənddə keçirilən toy məclisində Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli münaqişə zəminində kənd sakini İsgəndər Umarova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş İ.Umarov ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Ağdaş rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi