Bakı. 15 avqust. REPORT.AZ/ Rusiya vətəndaşı Nabranda dənizdə boğulub.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Avqustun 14-də Xaçmaz rayonunun Nabran kəndindəki dəniz çimərliyində Rusiya Federasiyası vətəndaşı Arzu Muradov dənizdə boğulub. Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.