Rus qadınının evini ələ keçirən vəkilin cəzası məlum olub

Rus qadınının evini ələ keçirən vəkilin cəzası məlum olub Eldəniz Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 Noyabr , 2015 12:27
Rus qadınının evini ələ keçirən vəkilin cəzası məlum olub

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nurlan Rəhimli və Eldəniz Kərimovun cinayət işi üzrə məhkəməsi prosesi başa çatıb. "Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin hökmü ilə E.Kərimov 7 il, N.Rəhimli isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs dələduzluq yolu ilə milliyətcə rus olan qoca qadının evini ələ keçiriblər. E.Kərimov vəkil olub.

N.Rəhimli və E.Kərimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi