Rövşən Lənkəranskinin cənazəsi Türkiyədən Azərbaycana gətirilib - FOTO - VİDEO

Rövşən Lənkəranskinin cənazəsi Türkiyədən Azərbaycana gətirilib - FOTO - VİDEO Bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib
Hadisə
19 Avqust , 2016 00:01
Rövşən Lənkəranskinin cənazəsi Türkiyədən Azərbaycana gətirilib - FOTO - VİDEO

Lənkəran. 19 avqust. REPORT.AZ/ Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.

Bu barədə "Report"un Lənkəran şəhər hava limanında olan əməkdaşı məlumat verib.

İstanbul-Lənkəran xüsusi reysi ilə yola çıxan təyyarə Bakı vaxtı ilə saat 00:00-da Lənkəran şəhər hava limanına eniş edib. Azərbaycanın bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib. Bu səbəbən Lənkəranın Kərgəlan kənd dairəsindən Gərmətük qəsəbəsi dairəsinə qədər olan yolda avtomobillərin sıxlığı yaranıb və hərəkət məhdudlaşıb.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

İnsident avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Son xəbərlər

Orphus sistemi