Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir - VIDEO - YENİLƏNİB

Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir - VIDEO - YENİLƏNİB Rövnəq Abdullayev axtarış tədbirlərinə həyata keçirilən ərazidədir
Hadisə
6 Dekabr , 2015 18:45
Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir - VIDEO - YENİLƏNİB

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir.

“Report” xəbər verir ki, hadisə yerində olan Şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir.

R.Abdullayevin xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hazırda FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi