Rayondan gələn şəxs Bakıda qaldığı evdə talançılıq edib

Rayondan gələn şəxs Bakıda qaldığı evdə talançılıq edib Əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Zeynallı tutulub
Hadisə
5 Sentyabr , 2016 12:30
Rayondan gələn şəxs Bakıda qaldığı evdə talançılıq edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rayondan gələn şəxs Bakıda qaldığı evdə talançılıq edib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, sentyabrın 2-də Nəsimi rayonu ərazisində yaşayan Rüstəm İsmailin evinə gələn qonağı Şəki rayon sakini Nicat Zeynallı ona məxsus 727 ABŞ dolları və 300 manat pulu açıq talama yolu ilə aparmağa cəhd göstərib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Zeynallı tutulub.

Son xəbərlər

Orphus sistemi