Yuxarı

Rayondan gələn şəxs Bakıda qaldığı evdə talançılıq edib

Əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Zeynallı tutulub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rayondan gələn şəxs Bakıda qaldığı evdə talançılıq edib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, sentyabrın 2-də Nəsimi rayonu ərazisində yaşayan Rüstəm İsmailin evinə gələn qonağı Şəki rayon sakini Nicat Zeynallı ona məxsus 727 ABŞ dolları və 300 manat pulu açıq talama yolu ilə aparmağa cəhd göstərib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Zeynallı tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi