Bakı. 21 May. REPORT.AZ/ Qusar rayonunun Kuzun kəndində torpaq sürüsməsi baş verib. "Report"un məlumatına görə, sürüşməyə səbəb son günlər havaların rütubətli keçməsidir.
Nəticədə kəndə gedən yol sürüsüb.
Qusar 4 saylı Yol İstismar İdarəsinin əməkdaşları hazırda sürüşməyə məruz qalmış yolu açmağa çalışırlar.
Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə texnika göndərilib.
Sürüşmə ərazisi 200 metrdən çoxdur.