Qusarda torpaq sürüşməsi baş verib - FOTO

Qusarda torpaq sürüşməsi baş verib - FOTO Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə texnika göndərilib
Hadisə
21 May , 2016 00:40
Qusarda torpaq sürüşməsi baş verib - FOTO

Bakı. 21 May. REPORT.AZ/ Qusar rayonunun Kuzun kəndində torpaq sürüsməsi baş verib. "Report"un məlumatına görə, sürüşməyə səbəb son günlər havaların rütubətli keçməsidir.

Nəticədə kəndə gedən yol sürüsüb.

Qusar 4 saylı Yol İstismar İdarəsinin əməkdaşları hazırda sürüşməyə məruz qalmış yolu açmağa çalışırlar.

Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə texnika göndərilib.

Sürüşmə ərazisi 200 metrdən çoxdur.  

Son xəbərlər

Orphus sistemi