Qusarda iki nəfər əvvəllər məhkum olunmuş şəxsi boğaraq öldürüb

Qusarda iki nəfər əvvəllər məhkum olunmuş şəxsi boğaraq öldürüb Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb
Hadisə
25 İyun , 2016 11:49
Qusarda iki nəfər əvvəllər məhkum olunmuş şəxsi boğaraq öldürüb

Bakı. 25 iyun. REPORT.AZ/ Qusarda münaqişə zəminində iki nəfər həmyerlilərini boğaraq öldürüb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində qeydə alınıb.

Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

Son xəbərlər

Orphus sistemi