Quldurluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Quldurluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesi başa çatıb
Hadisə
12 İyul , 2016 17:13
Quldurluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Məhərrəmov ötən ilin dekabrın 17-də Qusar rayon sakini Rizvan Əfəndiyevə məxsus evə basqın edib. O, ev sahibinin oğlu Abdulhey Əfəndiyev zor tətbiq edib və oradan 720 manat və qızıl əşyalar aparıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən cinayəti törədən A.Məhərrəmov tutulub. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi