Qubada oğurluq etməkdə şübhəli bilinən 6 nəfər tutulub

Qubada oğurluq etməkdə şübhəli bilinən 6 nəfər tutulub Onlar məsciddən, ticarət mərkəzindən və mağazalardan oğurluq etməkdə şübhəli bilinirlər
Hadisə
7 İyul , 2016 11:18
Qubada oğurluq etməkdə şübhəli bilinən 6 nəfər tutulub

Bakı. 7 iyul. REPORT.AZ/ Qubada oğurluq etməkdə şübhəli bilinən 6 nəfər tutulub.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, onlar məsciddən, ticarət mərkəzindən və mağazalardan oğurluq etməkdə şübhəli bilinirlər. 

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev saxlanılıblar. 

Onlar iyunun 27-də Qubanın mərkəzində yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinirlər. 

Son xəbərlər

Orphus sistemi