Bakı. 5 aprel. REPORT.AZ/ Quba rayonunun Gədikqışlaq kəndində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evdə yanğın olub.
"Report" xəbər verir ki, nəticədə evin tüstü bacasının ətrafı 4 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.