​Qubada avtomobil dağdan yuvarlanaraq çaya düşüb

​Qubada avtomobil dağdan yuvarlanaraq çaya düşüb Sürücü xəsarət almadan xilas ola bilib
Hadisə
30 İyun , 2016 07:19
​Qubada avtomobil dağdan yuvarlanaraq çaya düşüb

Quba. 30 iyun. REPORT.AZ/ Ötən gün Quba-Xınalıq yolunda qəza baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "Niva" markalı avtomobil əvvəlcə idarəetməni itirərək yoldan çıxıb, daha sonra dağdan aşağı yuvarlanaraq çaya düşüb.

Hadisə Quba-Xınalıq yolunun Elig çayı üzərindəki körpüsündən dönən hissəsində baş verib.

Avtomobil dağdan aşağı düşsə də, sürücü, Elig kənd sakini Ceyhun Məclis oğlu heç bir xəsarət almadan xilas ola bilib.

Son xəbərlər

Orphus sistemi