​Quba rayonunda doğuş zamanı ana dünyasını dəyişib - FOTO - VİDEO

​Quba rayonunda doğuş zamanı ana dünyasını dəyişib - FOTO - VİDEO Aynurə Abasova qan itkisindən vəfat edib
Hadisə
6 İyun , 2016 23:12
​Quba rayonunda doğuş zamanı ana dünyasını dəyişib - FOTO - VİDEO

Quba. 6 iyun. REPORT.AZ/ Quba rayonunda doğuş zamanı ana dünyasını dəyişib.

Qızın qaynatası Fazil Abasovun "Report"a verdiyi məlumata görə, hadisə iyunun 6-da günün ikinci yarısında baş verib.

Onun sözlərinə görə, 1991-ci il təvəllüdlü Quba rayon Püstəqasım kənd sakini Abasova Aynurə Ayəddin qızı Quba Rayon Mərkəzi Xəstəxanasının Perinetal mərkəzinə müraciət edib.

Həkimlərin xəstənin yaxınlarına verdiyi məlumata görə, son ana qədər vəziyyəti normal olan Aynurənin halı qəflətən dəyişib.

Qızın qaynanası Pakizə Abasova gəlinin doğuşa kimi normal vəziyyətdə olduğunu bildirib:

"Heç bir çətinlik olmayıb. Hətta doğuş zamanı dünyaya gələn qız uşağına görə muştuluq da alıblar. Hər şey öz axarı ilə davam edirdi. Birdən gəlinin vəziyyətinin qəflətən dəyişdiyi bildirildi. Hamı xəstəxanada qaçışmağa başladı. Biz sonradan bildik ki, doğuş zamanı ana çoxlu qan itirdiyi üçün halı pisləşib və bu səbəbdən onu xilas etmək mümkün olmayıb. Lakin vaxtında xəstənin yaxınlarına bu barədə məlumat verilsəydi, belə olmazdı".

Bu, Aynurə Abasovanın ilk doğuşu idi. O, Taleh Abasovla 1 il 2 ay idi ki, ailə həyatı qurmuşdu.

Son xəbərlər

Orphus sistemi