Qazaxda yol qəzası nəticəsində 1 nəfər yaralanıb

Qazaxda yol qəzası nəticəsində 1 nəfər yaralanıb Maşında sıxılıb qalmış sürücü xilasedicilər tərəfindən çıxarılıb
Hadisə
17 Sentyabr , 2016 08:41
Qazaxda yol qəzası nəticəsində 1 nəfər yaralanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Qazax rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki,  FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi