Azərbaycanda bu il qaz istismarı ilə bağlı 12 mindən çox evdə nöqsanlar aşkar edilib

Azərbaycanda bu il qaz istismarı ilə bağlı 12 mindən çox evdə nöqsanlar aşkar edilib Bu ilin 11 ayı ərzində respublika ərazisində 10 567, paytaxtda 3076 yanğın hadisəsi qeydə alınıb
Hadisə
16 Dekabr , 2014 16:13
Azərbaycanda bu il qaz istismarı ilə bağlı 12 mindən çox evdə nöqsanlar aşkar edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu il əhalinin maarifləndirilməsi işləri çərçivəsində 12 mindən çox evdə nöqsanlar aşkar edilib, təxirəsalınmaz tədbirlər görülməsi üçün qaz istismar idarələrinə məktublar göndərilib. "Report" xəbər verir ki, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə keçirilən mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, 66 mindən çox obyektdə yanğın-təhlükəsizlik yoxlaması aparılıb, 25 min fəhlə və qulluqçu yanğına qarşı maarifləndirilib.

K.Heydərovun sözlərinə görə, bu ilin 11 ayı ərzində respublika ərazisində 10 567, paytaxtda 3076 yanğın hadisəsi qeydə alınıb, 11-i uşaq olmaqla, 47 nəfərin həyatı real təhlükədən xilas edilib.

Nazir vurğulayıb ki, hər gün təxminən 32 yanğın hadisəsinə çıxış olub, hər 7 gündə 1 nəfər xilas edilib, 103 dövlət obyekti, 600 fərdi ev, 400 yardımçı tikili yanğından mühafizə olunub. 

K.Heydərov əlavə edib ki, 738 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub, 10 min hektarlarla meşə və 502 hektara yaxın taxıl sahəsi yanğından mühafizə edilib.

Son xəbərlər

Orphus sistemi