​Qaxda orta məktəb işçisi intihar edib - YENİLƏNİB

​Qaxda orta məktəb işçisi intihar edib - YENİLƏNİB 57 yaşlı kənd sakini özünü ağacdan asıb
Hadisə
24 Aprel , 2016 16:05
​Qaxda orta məktəb işçisi intihar edib - YENİLƏNİB

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Qaxın Şotavar kəndində baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, intihar edən şəxs 1959-cü il təvəllüdlü olub və özünü çinar ağacından asıb.

"Təcili yardım" hadisə yerinə gəlincəyədək, kəndir kəsilib və mərhumun meyiti evə aparılıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.

***15:39

Qaxın Şotavar kəndində yerli sakin intihar edib.

"Report" xəbər verir ki, hadisə bu gün baş verib.

Orta kənd məktəbinin emalatxanasında texniki işçi vəzifəsində çalışan Məcidov Qüdrət Qədir oğlu özünü məlum olmayan səbəblərdən asıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub, insident araşdırılır.

Son xəbərlər

Orphus sistemi