Yuxarı

​Qaxda orta məktəb işçisi intihar edib - YENİLƏNİB

57 yaşlı kənd sakini özünü ağacdan asıb

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Qaxın Şotavar kəndində baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, intihar edən şəxs 1959-cü il təvəllüdlü olub və özünü çinar ağacından asıb.

"Təcili yardım" hadisə yerinə gəlincəyədək, kəndir kəsilib və mərhumun meyiti evə aparılıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.

***15:39

Qaxın Şotavar kəndində yerli sakin intihar edib.

"Report" xəbər verir ki, hadisə bu gün baş verib.

Orta kənd məktəbinin emalatxanasında texniki işçi vəzifəsində çalışan Məcidov Qüdrət Qədir oğlu özünü məlum olmayan səbəblərdən asıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub, insident araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi