​Qardaşını öldürməkdə təqsirləndirilən gənc qız: "Onu mən yox, qonşumuz qətlə yetirib"

​Qardaşını öldürməkdə təqsirləndirilən gənc qız: "Onu mən yox, qonşumuz qətlə yetirib" Məhkəmənin növbəti prosesi fevralın 11-nə təyin edilib
Hadisə
4 Fevral , 2016 14:30
​Qardaşını öldürməkdə təqsirləndirilən gənc qız: Onu mən yox, qonşumuz qətlə yetirib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini M.N.-in (şərti) cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda M.N. qardaşını öldürmədiyini deyib.

O, ilkin istintaq zamanı verdiyi ifadədən imtina edib, qardaşını öldürməklə bağlı ifadəni təzyiq altında verdiyini bildirib: "Qardaşımı mən öldürməmişəm. Onu qonşumuz qətlə yetirib".

Prosesdə M.N.-in ittiham etdiyi şəxs də iştirak edib. Lakin həmin şəxs məhkəmə heyətinin ona ünvanladığı suallara cavab verməyib, sadəcə susaraq dayanıb.

Məhkəmənin növbəti prosesi fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonunda baş verib.

İttiham aktına əsasən, M.N. qardaşı N.N.-i (şərti) qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi